ÇıxışYolu.Com - “Jara”nın ikinci günündən “qaynar” görüntülər

ÇıxışYolu.Com – “Jara”nın ikinci günündən “qaynar” görüntülər

Baxış sayı: 2. 926 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Jara”nın ikinci günündən “qaynar” görüntülər

Ötən gün “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günü baş tutub.

ÇıxışYolu.Com xəbər verir ki, festivalın ikinci günündə Rusiyanın Xalq Artisti Valeriyanın, Rusiyanın Əməkdar Artisti Leonid Aqutinin, müğənni və bəstəkar Vladimir Presnyakovun yaradıcılıq gecələri keçirilib.

İlk olaraq səhnəyə Əməkdar artist Sevda Ələkbərzadə çıxıb. O, gecədə iki geyim dəyişib.

Ələkbərzadədən sonra səhnəyə çıxan ikinci azərbaycanlı müğənni Samir Bağırov olub. Qeyri-adi geyimi ilə diqqət çəkən ifaçının səhnə performansı tamaşaçıların ürəyincə olub.

Filipp Kirkorov isə “Ne veryu ya” adlı yeni mahnısını təqdim edib və festivaldakı çıxışını yekunlaşdırıb. O, Azərbaycanı çox sevdiyini, gələn il də “Jara”ya qatılacağını söyləyib.

Tədbir zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da danışaraq qonaqları salamlayıb:

“Bakıya xoş gəlmisiniz. Xahiş edirəm, indi Aya baxın. Bu gün ən uzun Ay tutulması günüdür. İndi Mars Ayın üzünü örtür. Belə hadisə 25 milyon ildə bir yaşanır. Əlbəttə, bu, təsadüfi deyil”.

Qeyd edək ki, aparıcılığını Yana Çurikova Nikolay Baskovun etdiyi gecədə Kristina Orbakayte, Anjelika Varum, Jasmin, Leonid Aqutin, Guzel Xasanova, Lyubov Uspenskaya, Ani Lorak, Yuliya Kovalçuk, İrina Dubtsova, A-Studio, Aleksey Çumakov, Valeriya və Sofiya, Qlükoza, The Jigits, Yuliana Karaulovanın, Natalinin, Slava, Emin Ağalarov və digərlər ulduzların çıxışları alqışlarla qarşılanıb.

Festivalın ikinci günü atəşfəşanlıqla başa çatıb.

.

FOTO: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com