ÇıxışYolu.Com - Kənd kafesində fahişəxana aşkarlandı

ÇıxışYolu.Com – Kənd kafesində fahişəxana aşkarlandı

Baxış sayı: 4. 011 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kənd kafesində fahişəxana aşkarlandı

Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarına Xaçmaz rayonu Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının avqustun 25-də, gecə saatlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

www.ÇıxışYolu.Com