ÇıxışYolu.Com – Kadırov Salahı Qroznıda məşqə çıxardı

Baxış sayı: 2. 678 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kadırov Salahı Qroznıda məşqə çıxardı

Çeçenistan rəhbəri Ramzan Kadırov futbol üzrə Misir yığmasının ulduzu Məhəmməd Salahı Qroznıda “Ahmat Arena” stadionunda məşqə çıxarıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Misirin keçirdiyi açıq məşqi 8 minə yaxın azarkeş izləyib.

Salah meydançaya çıxsa da, komandası ilə birlikdə məşq etməyib.

“Söz verirəm dünya çempionatının başlamasına hazır olmaq üçün əlimdən gələni edəcəm. Özümü yaxşı hiss edirəm. Xalqım üçün bütün mümkün olanları edəcəm”, –  Salah deyib.

Misir yığması qrup mərhələsində Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.

www.ÇıxışYolu.Com