ÇıxışYolu.Com - Keçmiş Playboy modelini evində öldürdülər

ÇıxışYolu.Com – Keçmiş Playboy modelini evində öldürdülər

Baxış sayı: 2. 482 dəfə baxılıb.

ÇıxışYolu.Com - Keçmiş Playboy modelini evində öldürdülər

Keçmiş Playboy modeli Kristina Karlin-Kraftın cəsədi yaşadığı evində tapılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə New York Post nəşri məlumat yayıb.

Hadisə avqustun 22-də Pensilvaniya ştatının Filadelfiya şəhərəində baş verib. Polislər naməlum şəxsin zəngi əsasında 36 yaşlı modelin yaşadığı mənzilə gəlib və onun cəsədini aşkarlayıblar.

Məlumdur ki, model avqustun 18-də evinin qarət edilməsi barədə polisə şikayət edib, lakin bu iki hadisənin bir-biri ilə necə əlaqəli olması hələlik məlum deyil.

Ekspertizanın nəticəsi göstərib ki, Kristinanı iplə boğub öldürüblər.

Media.Az