İyulun 18-də Kiyevdə yeni bağın açılışı olub. Yaşıl zolağı Azərbaycan artisti və bəstəkarı Müslim Maqomayevə həsr ediblər.
ÇıxışYolu.Com “İnformator”a istinadla xəbər verir ki, təntənəli açılış mərasimində Azərbaycanın və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və digər şəxslər iştirak ediblər.
Bağın açılışı Maqomayevin 75 illik yubileyinə həsr edilib.
Daha sonra Çaykovski adına Musiqi Akademiyasında artistin xatirə gecəsi keçirilib.