ÇıxışYolu.Com – Koçaryan həbsdə qalacaq

Baxış sayı: 1. 879 dəfə baxılıb.

ÇıxışYolu.Com - Koçaryan həbsdə qalacaq

Ermənistan Baş Prokurorluğu parlamentin 45 deputatının təqdim etdiyi və sabiq prezident Robert Koçaryana qarşı qətimkan tədbirlərinin seçilməsini nəzərdə tutan petisiyanı qəbul etməyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu məlumatı TASS agentliyinə nazirliyin mətbuat katibi Averik Xaçatryan verib. 

“İbtidai istintaq zamanı prokurorluq Koçaryana qarşı tətbiq edilən qətimkan tədbirinin dəyişdirilməsini məqsədəuyğun hesab etmir”, – Xaçatryan deyib. 

41-i Respublika, 3-ü “Daşnaqsütyun” partiyalarından və biri “Tsarukyan” blokundan olan 45 deputat 2008-ci il martın 1-də baş verən hadisələrlə əlaqədar saxlanılan və konstitusiya quruluşunu devirməkdə ittiham edilən Robert Koçaryanın azad edilməsi ilə bağlı baş prokurorluğa müraciət ünvanlamışdılar. 

Xatırladaq ki, iyulun 26-da Xüsusi İstintaq Xidməti Koçaryanın 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar qəbul edib. 

www.ÇıxışYolu.Com