Futbol üzrə dünya çempionatına rəng qatan azarkeşlərdən biri də Kolumbiya millisinin fanatlarıdır.
ÇıxışYolu.Com xəbər verir ki, onların arasında “Birdman” (Quş adam) ən məşhurudur.
“El Kole” ləqəbli Qustavo Lyanos Kolumbiyanın “Quş adam”ı sayılır.
Əvvəllər köpəkbalığı və pələng libasına da girmiş bu adam 1990-cı ildə İtaliyada keçirilmiş mundialı izləməkdən ötrü özünün beş illik hüquq təhsilini yarımçıq qoyaraq Avropaya yollanıb və talismana çevrilib. O, iyirmi il əvvəl Fransada keçirilmiş mundialda tribunalardan asılmağı ilə yadda qalıb.
Kolumbiya millisinin hücumçusu Radamel Falkaonun ləqəbi “Pələng”dir. Buna görə azarkeşlər arasında pələng libasına bürünmüş fanatlara da rast gəlinir.
Ümumiyyətlə, bu dünya çempionatını izləmək üçün Rusiyaya 65 234 Kolumbiya fanatı gəlib. Bu isə Braziliya və ABŞ-dan sonra ən çox bilet satılan üçüncü ölkədir. Onların arasında cazibədar xanımlar az deyil.
Kolumbiya azarkeşi Daniel Kiroqa Rusiyaya gəlmək üçün velosipedlə 3100 mil yol qət edib. O bunun üçün yeddi ölkədən keçməli olub. Portuqaliyadan başlayan Kiroqa İspaniya, Fransa, Almaniya, Polşa, Litva və Latviya ərazilərindən keçib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com