Krım bölgəsinin işıq təchizatı bərpa olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Rusiyanın Energetika nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Nazirliyin məlumatına görə, yarımadada işığın tam kəsilməsi yerli vaxtla 15:04-də qeydə alınıb. Bu Krasnodar diyarına da təsirsiz ötüşməyib.
Krasnodarda 100 min, Krımda isə iki milyona yaxın sakinin işıqsız qaldığı bildirilir. Yerli vaxtla 17:22-də hər iki bölgədə elektrik təchizatı bərpa olunub.
Krım başçısı Serqey Aksenovun sözlərinə görə, işıqların kütləvi şəkildə kəsilməsinə “Taman” yarımstansiyasında gərginliklə bağlı yaranan problemlər səbəb olub.
17:15
Krımın bütün ərazisi işıqsız və mobil rabitəsiz qalıb.
ÇıxışYolu.Com bununla bağlı “Krıminform” nəşri məlumat yayıb.
Məlumatlara görə, yerli vaxtla 15:25-də yarımadaya verilən enerji təchizatı dayandırılıb. Bu məlumatı Krımın telekommunikasiya sahəsində çalışan iki mənbə təsdiqləyib.
“Bütün Krım və Sevastopol enerjisiz qalıb. Təfərrüatlarını araşdırırıq”, – mənbə bildirib.