ÇıxışYolu.Com - “Krıtı Araz”a hökm oxunub

ÇıxışYolu.Com – “Krıtı Araz”a hökm oxunub

Baxış sayı: 3. 530 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Krıtı Araz”a hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Krıtı Araz” kimi tanınan Araz Fərəcov, Elməddin Şahbazovun, Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev, Eltən Əliyev və Xəyyam Qurbanlının CM-nin 177-ci (oğurluq), 181-ci (quldurluq) və digər maddələrlə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Araz Fərəcov və Elməddin Şahbazov 2016-cı ilin dekabr ayından əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə birgə mütəşəkkil dəstə təşkil ediblər. 

İttiham aktına əsaən, “Krıtı Araz” dəstə üzvlərinə həbsxanadan göstərişlər verib. Dəstə üzvləri paytaxtda və regionlarda oğurluq və quldurluq cinayətləri törədiblər. 

2017-ci aprelin 14-də DTX əməkdaşlarının əməliyyat tədbiri zamanı Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev saxlanılıb. Onlar dindirilərkən, Araz Fərəcov tərəfindən idarə olunduqlarını bildiriblər. 

Məhkəmə prosesində Araz Fərəcov və digərləri son sözlərini deyiblər.

Məhkəmənin hökmü ilə Araz Fərəcov və Elməddin Şahbazov 10 il, Vüqar Musayev və Renat Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Namiq Babayevə 1 il 2 ay cəza verilib, o həmin müddəti istintaq və məhkəmə mərhələsində çəkdiyindən azadlığa buraxılıb.

www.ÇıxışYolu.Com