Kür çayının Tovuz rayonunun Girzan kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
FHN-dən ÇıxışYolu.Com-a bildiriblər ki, avqustun 29-da Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.
Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com