Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə L.Əliyeva Instagram hesabında yazıb:
“Əziz dostlar, sizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah hamıya xoş günlər qismət eləsin. Arzu və diləklərinizə görə minnətdaram. Şərhlərdə şeirlər yazan izləyicilərimə minnətdaram. Bu, çox dəyərli və gözəldir. Hamıya xoşbəxtlik, cansalığı və sevgi dolu günlər arzu edirəm. Çox sağ olun”.