ÇıxışYolu.Com – Lukaşenko kazinoları leqallaşdırdı

Baxış sayı: 2. 119 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lukaşenko kazinoları leqallaşdırdı

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində onlayn-kazinoların təşkili və fəaliyyəti barədə fərman imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilir.

Sənədə əsasən, Belarusda onlayn-kazino açmaq üçün xüsusi hesabda uduşların ödənişi zamanı istifadə olunacaq depozit tələb edilir. 

Həmçinin Belarusun vergi xidmətlərinə onlayn-kazinoya hər an nəzarət etmək üçün imkan yaradılmalıdır. Virtual kazino xüsusi kompüter xəzinə sisteminə qoşulmalıdır.

Sözügedən fərmana əsasən, Belarus ərazisində qumar oyunlarında iştirak üçün tələb edilən minimal yaş həddi 18-dən 21-ə qaldırılıb.

www.ÇıxışYolu.Com