Belarus prezidenti Aleksandr Lukaşenko guya insult keçirməsi barədə yayılan şayələri yumor hissi ilə qarşılayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Belarusun OHT telekanalında dövlət başçısının məmurla söhbəti əks olunan videokadrlar nümayiş etdirilib.
Söhbət yığım mövsümündən gedib. Məmura müraciət edən Lukaşenko deyib:
“Gələn il mənə hesabat verərsən. Sən axı növbəti ilə qədər yaşayacaqsan?..”
Daha sonra prezident həmsöhbətin müsbət cavabını eşidərək zarafatla əlavə edib:
“Sən belə qətiyyətlə danışma. Bax, məni bir sutka əvvəl “dəfn” etdilər. Səni də “dəfn” edə bilərlər”.