ÇıxışYolu.Com - Məsciddən oğurluq edən şəxs barəsində qərar verildi

ÇıxışYolu.Com – Məsciddən oğurluq edən şəxs barəsində qərar verildi

Baxış sayı: 2. 181 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məsciddən oğurluq edən şəxs barəsində qərar verildi

Bakıda məsciddən oğurluq edən Anar Mirzəyev barəsində inzibati həbs qərarı verilib.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib. 

Onun sözlərinə görə, A. Mirzəyev əvvəllər də məhkumluq həyatı yaşayıb:

“Həmin şəxs Bakıdakı “Qasımbəy”, Sumqayıtda “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib. Buna görə onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə inzibati həbs qərarı verilib”.

Qeyd edək ki, A. Mirzəyev Yasamal rayonundakı məscidin nəzir qutusundan pul oğurlayarkən sakinlər tərəfindən tutulub. Onu qaçmaması üçün dirəyə bağlayıblar. Sonradan onu polisə təhvil veriblər.

www.ÇıxışYolu.Com