Dünyaca məşhur reper Procekt Yunqin canlı yayımda güllələnib.
ÇıxışYolu.Com xəbər verir ki, Floridada baş verən hadisə zamanı 25 yaşlı repçi “Instagram”ın canlı yayımında tezliklə çıxaracağı albomun anonsunu edirmiş.
Əlində xeyli pul olan Yunqin qəfil gələn atəş səsləri ilə telefonu əlindən yerə salıb.
Bildirilir ki, ağır yaralanan repçi hazırda xəstəxanadadır.
Florida polisi hadisə ilə bağlı istintaq başladıb.
Qeyd edək ki, ötən aylarda “XXXTentacion” adlı reper də öldürülmüşdü.
.