Məşhurlarımız hər zaman göz önündə olsa da, bəzən elə özəllikləri var ki, onu az adam bilir.
Bu, qeyri-adi xüsusiyyət də ola bilər, şəxsi keyfiyyət də, bacarıq və vərdiş də.
ÇıxışYolu.Com bəzi məşhurlarımız haqda az adamın bildiyi bilgiləri sizinlə paylaşır.
Əməkdar artist Tünzalə Ağayevanın fortepiano müəllimi olduğunu və bir zamanlar Tovuzun bölgə kanalı olan SM TV-də aparıcı olduğunu az adam bilir.
Müğənni Zamiq Hüseynovun iybilmə qabiliyyəti yoxdur. O, ətirlərini seçərkən belə qoxusuna görə yox, brendlərinə görə seçir.
Müğənni Nura Suri evində heç bir kimyəvi qatqısı olan qidalardan istifadə etmir. Onun evində şokolad, konfet və dünyaca məşhur qazlı içki brendlərinin heç bir məhsulunu tapa bilməzsiniz.
Müğənni Elton Hüseynəliyevin meyxana demə qabiliyyəti var.
Əməkdar artist Röya Ayxan isə solaxaydır. Onun solaxay olması az adama məlumdur.
Təəccüblü olsa da, müğənni Elçin Cəfərovun sağ əli hərəkət edəndə, sol əli də onu təkrarlayır. Onun bir əlinin hərəkət edib, digərinin onu təkrarlamaması qeyri-mümkündür. Bir neçə dəfə dostları onun sol əlinin eyni hərəkəti etməsinə mane törətmək istəsə də, sənətçinin qolu burulmağa başlayıb.
Xalq artisti Aygün Kazımova heç bir toya sərinkeşsiz getmir. O, səhnədə oxuyarkən mütləq müğənnini iki sərinkeş sərinlətməlidir. Hətta buna görə dəfələrlə məkan sahibləri ilə problemlər də yaranıb.
Əməkdar artist Ədalət Şükürovun sehrbazlıq qabiliyyəti var. Müğənni dünya trendlərini izləyir və öyrənib təkrarlamağa başlayır. Onun evində sehrbazlıq zamanı istifadə olunan əşyalar da var.