ÇıxışYolu.Com - Magistraturaya qeydiyyat başlayıb

ÇıxışYolu.Com – Magistraturaya qeydiyyat başlayıb

Baxış sayı: 2. 314 dəfə baxılıb.

ÇıxışYolu.Com - Magistraturaya qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisnadır) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bu barədə ÇıxışYolu.Com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Bildirilib ki, qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

www.ÇıxışYolu.Com