ÇıxışYolu.Com – Maradona FİFA-dan üzr istədi

Baxış sayı: 2. 460 dəfə baxılıb.

ÇıxışYolu.Com - Maradona FİFA-dan üzr istədi

Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Kolumbiya – İngiltərə oyununun baş hakimi amerikalı Mark Geygeri tənqid etdiyinə görə FİFA-dan üzr istəyib.

ÇıxışYolu.Com “Sovetski sport”a istinadla xəbər verir ki, daha öncə Maradona hakimin səhv qərarları ilə ingilislərin ¼ finala adlamasına yardım etdiyini söyləmişdi. 

Maradona öz “İnstagram” hesabında yazıb:

“Bu günlərdə bəzi səhv ifadələrə yol verdim. FİFA və qurumun prezidentindən üzr istəyirəm. Mən hakimlərin işinə hörmətlə yanaşıram”.

Xatırladaq ki, İngiltərə Kolumbiya millisinə penaltilər seriyasında qalib gəlib – 4:3.

www.ÇıxışYolu.Com