ÇıxışYolu.Com – Maradona stadionun ərazisinə buraxılmadı

Baxış sayı: 2. 502 dəfə baxılıb.

ÇıxışYolu.Com - Maradona stadionun ərazisinə buraxılmadı

Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimindən sonra canlı futbol əfsanələri Dieqo Maradona və braziliyalı Ronaldonun iştirakı ilə kuryoz bir hadisə yaşanıb.

ÇıxışYolu.Com  xəbər verir ki, bu haqda “pl.com.ua” saytında məlumat yayılıb.

Asayışa nəzarət edən OMON əməkdaşlarından biri mundialın fəxri qonaqlarını “Lujniki” stadionunun parkinq yerinə buraxmayıb.

Ulduzların xahişlərinə rəğmən inadkar asayış keşikçisi onların keçməsinə imkan verməyib. Həmin omonçunun ulduzları tanımadığı güman edilir.

Nəticədə Ronaldo və Maradona parkinq yerinə alternativ yol axtarmalı olub.

.
www.ÇıxışYolu.Com