Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.
M.Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb.
Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib – 13:2.
Beləliklə, Mariya daha bir yarışda çempion olub.