Xalq artisti Murad Dadaşov “Maşın” realiti-şousunun 17-ci buraxılışı haqda xəbər verib.
ÇıxışYolu.Com xəbər verir ki, şoumen yaxın günlərdə yenidən şounun start götürəcəyini bildirib:
“Maşın”ın sadiq tamaşaçıları bizə 16-cı buraxılışda kömək oldular. Firuzə Cəlilovanın əlini götürməsini belə onlar bildirdilər. Düzdür, burada çoxlu kameralar var, amma tamaşaçıdan gəldi o xəbər.
Şounun 17-ci sürətini ilk dəfə canlı yayımda elan etdik. Hətta ilk iştirakçı da canlı yayımda dəvətimizi aldı. Bu, Ələkbər Yasamallı idi.
Maraqlı bilirsiz nədir, mən şouya tamaşaçı ilə eyni vaxtda baxıram. Bütün günü burada olmuram”.