Meksika milli komandasının iki futbolçusu Braziliya ilə dünya çempionatının 1/8 final oyunundan əvvəl imicini dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, Xavyer Ernandes və Miqel Layun saçlarını boyayıb.
Onlar açıq məşqə sarışın saçlarla çıxıblar.
Bu trendi futbola iyirmi il əvvəl Rumıniya millisi gətirib. Fransada keçirilən mundialda Rumıniya millisinin bütün oyunçuları, başda George Haci də daxil olmaqla, qrup mərhələsindən çıxdığı üçün başlarını sarıya boyayıblar. Lakin onlar 1/8 finalda Xorvatiya ilə görüşdə uğursuzluğa düçar olublar.
Bundan iki il əvvəl isə İngiltərə millisinin hücumçusu Pol Qaskoyn Şotlandiyaya Avropa çempionatında qol vurarkən sarı saçlarla görüntülənib.
Həmçinin Uels millisinin yarımmüdafiəçisi Aaron Remzi iki il əvvəlki qitə birinciliyində saçını saraltması ilə diqqət çəkib.
Qeyd edək ki, bu gün Samara şəhərindəki eyniadlı arenada keçiriləcək Braziliya – Meksika matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com