ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

ÇıxışYolu.Com – Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Baxış sayı: 2. 726 dəfə baxılıb.

Birinci xanım olan gündən geyimləri ilə müzakirə olunan, hətta bəzi dizaynerlərin siyasi səbəblərlə geyindirməyi rədd etdiyi Melaniya Tramp sonuncu dəfə xaki rəngli gödəkçəsi və arxasında yazılan mesajla gündəmə gəlmişdi.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

ABŞ-da ailələrindən zorla alınan miqrant uşaqlarının hazırkı vəziyyətinə nifrət etdiyini deyən Melaniya buna görə Trampın idarəçiliyini tənqid etmişdi. O, Texasda uşaqların qaldığı ərazini ziyarət edəndən sonra Vaşinqtondan təyyarəyə minərkən gödəkçəsinin arxasındakı “I don’t really care, do you?” (Həqiqətən maraqlanmıram, bəs sən?) yazısına xeyli tənqidlər gəldi və sosial mediada trendə çevrildi.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Sosial şəbəkə istifadəçiləri gödəkçənin “Zara” brendinə məxsus olduğunu, qiymətinin isə 39 dollar olduğunu ortaya çıxardı.

Melaniyanın mətbuat xidməti isə geyimdə heç bir gizlin mesajın olmadığını deyərək “first lady”ni müdafiə etdi.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Melaniya Tramp daha əvvələr də geyimləri və mesajları ilə gündəmə gəlmişdi.

ÇıxışYolu.Com birinci xanımın ən çox müzakirə olunan geyimlərini təqdim edir.

Melaniyanın “Boys and Girls Club of Washington”a abunə olan şagirdlərlə görüşündəki geyimi də müzakirə mövzusu oldu. Ağ Evin həyətində “Balmain” brendinə məxsus 1380 dollarlıq geyimlə tərəvəz toplaması onu tənqid hədəfinə çevirdi.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

İrma qasırğasından əziyyət çəkənləri ziyarət etmək üçün Floridaya gedən Melaniyanın həmin bölgəyə yüksək və 12 sm hündürlükdə olan “Manolo Blahnik” brendinə məxsus dikdabanla ayaq basması böyük müzakirə yaratdı. 46 yaşlı eks-model və zinət əşyası yaradıcısının 600 dollarlıq stiletto geyinməsi “vecsizlik” adlandırıldı.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Floridada “Palm Beach” Beynəlxalq Hava limanında Donald Trampın kameraların yaxında olmadığı vaxt həyat yoldaşının əlindən tutması, kameralar önlərinə keçəndən sonra arvadının əlini buraxıb alqış hərəkəti etmək istəməsi və sonradan Melaniyanın əlini tutmaq istəməməsi müzakirələrə səbəb olmuşdu.

Həmin günün digər gündəmi isə Melaniya Trampın həyat yoldaşını qarşılamaq üçün seçdiyi qırmızı geyim idi. “Valentino” imzalı 1980 avro dəyərindəki geyim çox danışılanlar arasında idi.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Donaldla birlikdə Səudiyyə Ərəbistanına gedən Melaniya təyyarəyə narıncı ətəyi və bəyaz bluzu ilə minib. Ancaq “first lady” geyiminə “Səudiyyə Ərəbistanı düzəlişi” etməyi də unutmayıb.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Xanım Tramp Kral Salman ilə görüşə isə qapalı bir əlbisə seçib. Onun qara və uzun bir tulum geyinməsi diqqətdən qaçmayıb.

Melaniyanın Səudiyyə Ərəbistanına başını bağlamadan girməsi isə ABŞ mətbuatında geniş müzakirə olundu.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Birinci xanım Papa Fransisklə görüşərkən “Dolce & Gabbana” imzalı geyim seçmiş və çox danışılmışdı.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Melaniya Donaldla birlikdə getdiyi Siciliya səyahətindəki “Dolce & Gabbana”nın çiçəkli pencəyi ilə diqqət mərkəzində olub. 51 min 500 dollar (təxminən 87 min 500 azn)dəyərindəki pencək dizaynerlər tərəfindən çox bəyənilib.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Trampın andiçmə mərasimində Melaniyanın açıq mavi rəngdə olan geyimi də xeyli diqqət çəkmişdi. “Ralph Lauren” brendinə məxsus bu kombin moda tənqidçiləri tərəfindən yaxşı qiymətləndirilib.

ÇıxışYolu.Com - Melaniya Trampın 87 minlik pencəyi və müzakirə olunan geyimləri

Onlar “first lady”ni ABŞ tarixinin ən populyar və ən çox sevilən birinci xanımı olaraq gördüklərini deyiblər.

.
www.ÇıxışYolu.Com