ÇıxışYolu.Com - Mental dəyərlər, yoxsa qanun?

ÇıxışYolu.Com – Mental dəyərlər, yoxsa qanun?

Baxış sayı: 2. 995 dəfə baxılıb.

Azərbaycanın məşhur “Sapphire Marine” hoteli  vətəndaşlarımızı təhqir edib.

Belə ki, hotel rəhbərliyi yerli vətəndaşların oteldə qalması üçün nikah haqqında şəhadətnamə tələb edir. 

Turizm eksperti Ruslan Quliyevin ÇıxışYolu.Com-a açıqlmasında deyib ki, Azərbaycanda bəzi hotellerədə nikah kağının istənilməsi insan hüquqlarının məhdudlaşdırılması deməkdir:

“Bu neqativ haldır. Burada yüz faiz diskriminasiya faktları var və insanların işinə qarışmaq olur. Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsi ilə mehmanxanaya, hotelə daxil olub, gecələmək hüquq var. Hotel sahibi tərəfindən vətəndaşlarımızdan əlavə sənəd istənilmədən onlara orada qalmağa icazə verilməlidir”.

ÇıxışYolu.Com - Mental dəyərlər, yoxsa qanun?

Ekspert bildirib ki, məsələ barədə bu cür faktlar əvvəllərdə aşkarlanıb:

“Bu barədə keçmiş Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda və regionlarda yerləşən hotel sahibləri ilə dəfələlə görüş təyin edilib. Onlara bu cür qaydağaların qanunsuz olduğu izah edilib. Bu cür halların Azərbaycanda baş verməsi, dünyada bir ilkdir”.

Ruslan Quliyev qeyd edib ki, məsələ barədə əlaqədar strukturlar ölçü götürməlidir.

Bəs, hotelə gedən cütlüklərdən nikah kağızının tələb edilməsi qanunidirmi?

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, qanunvericilikdə belə bir göstərici yoxdur ki, istirahət mərkəzlərin, hotellərə daxil olan zaman nikah şahadətnaməsi tələb edilsin:

“Belə bir tələb yoxdur. Sadəcə hotel rəhbərləri insan alverinə qarşı nəzarət etməsi üçün edilir ki, insanlarda məsuliyyət artsın. Təbii ki, bu anlaşılandır ki, rəsmi nikahları yoxdursa, onlar hansı məqsədlə hoteldə bir nömrədə qala bilər. Amma qanunvericilikdə belə bir qadağa yoxdur”.

ÇıxışYolu.Com - Mental dəyərlər, yoxsa qanun?

Vəkil bildirib ki, cütlüklərdən nikah kağızı tələb etmək insanların hüquqlarını pozmaqdır:

“Sadəcə yetkinlik yaşı olmayan insanlarla hotelə daxil olmaq cinayətdir. Onun  fərqi yoxdur ki, özü istəyir, yoxsa yox. Öz iradəsinə zidd isə tamam başqa maddədir. Hər ikisi yetkinlik yaşa çatan şəxslər könüllü şəkildə bir yerdə qalmaq istəyirsə, kimsə buna qarışa bilməz. Onların istirahət hüquqlarını pozmaq qanunsuzdur”.

 Xəyal Bəşirov qeyd edib ki, qanunda bu qadağları tələb edən hotel sahiblərinə cərimə tətbiq olunmayıb.

ÇıxışYolu.Com-ın əməkdaşı məsələ ilə bağlı “Sapphire Marine” hoteli ilə əlaqə saxlayıb.

Lakin sualımıza cavab verəcək şəxs olmadı. 

ÇıxışYolu.Com - Mental dəyərlər, yoxsa qanun?

ÇıxışYolu.Com - Mental dəyərlər, yoxsa qanun?

İlhamə Əbülfət

www.ÇıxışYolu.Com