İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb.
Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın ümumilikdə 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə kolları, eləcə də, kustar üsulla hazırlanmış 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.