Bu gün Rusiyada keçirilən dünya çempionatında D qrupunda mübarizə aparan Argentina ilə İslandiya millisi üz-üzə gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, matç Moskvada “Spartak” stadionunda baş tutub.
Oyun 1-1 hesabı ilə başa çatıb.
İlk qol 19-cu dəqiqədə Serxio Aquerodan gəlib. O, komandasını 1-0 önə çıxarsa da, 23-cü dəqiqədə Alfred Finnboqason komandasına bərabərlik qazandırıb.
Gərgin keçən oyunda Argentinanın penalti ilə önə keçmək şansı olsa da, Messi bu şansı əldən verib.