“Milan” yeni mövsümdə avrokuboklarda iştirak edə biləcək.
ÇıxışYolu.Com xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) İtaliya klubunun apellyasiya şikayətinə baxıb və maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.
CAS-ın rəsmi saytında bildirilib ki, klubun hazırki maliyyə durumu normaldır və avrokuboklara qatılmasına maneə yaratmır.
Qeyd edək ki, ötən mövsüm transferlərə 210 milyon avro xərcləyən “Milan” klubu maliyyə feyr-pleyini pozduğu üçün 2 il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı.
Beləliklə də, “Milan” 2018/2019-cu il mövsümündə Avropa Liqasında mübarizəyə qatılacaq.