UEFA-nın klubların maliyyə nəzarəti üzrə arbitraj palatası İtaliyanın “Milan” futbol klubunu iki mövsüm müddətinə Avropanın beynəlxalq futbol turnirlərindən kənarlaşdırılması ilə bağlı qərar çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Buna əsas – klubun maliyyə “Fair Play” qaydalarını pozmasıdır. “Milan” rəhbərliyi çıxarılan qərardan Lozannadakı İdman arbitraj məhkəməsinə şikayət edə bilər.
Qeyd edək ki, cari mövsümün nəticələrinə əsasən, “Milan” A seriyasında altıncı yeri tutub və reqlamentə uyğun olaraq Avropa Liqasında çıxış etməli idi.