ÇıxışYolu.Com – Millimiz İtaliyada sonuncu oldu

Baxış sayı: 2. 585 dəfə baxılıb.

ÇıxışYolu.Com - Millimiz İtaliyada sonuncu oldu

İtaliyanın Sardiniya adasındakı Alqero şəhərində təşkil edilən Avropa Super Finalında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası sonuncu oyununu keçirib. 

ÇıxışYolu.Com xəbər verir ki, millimiz VII yer uğrunda görüşdə Ukrayna ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu Amid Nəzərov vurub.

Qeyd edək ki, bununla da millimiz turnirin bütün görüşlərində məğlub olub. Zeynal Zeynalovun baş məşqçisi olduğu komandamız qrup mərhələsində İspaniyaya 4:5, Portuqaliyaya 0:9 və İsveçrəyə 5:8 uduzub. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com