ÇıxışYolu.Com – Millimizin sabiq futbolçusu Almaniyada bir oyunda dörd qol vurdu

Baxış sayı: 2. 519 dəfə baxılıb.

Almaniya 3-cü Bundesliqasında mübarizə aparan millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” Federasiya Kubokunda “Şüren” klubu ilə qarşılaşıb.

ÇıxışYolu.Com xəbər verir ki, Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşdə poker edib.

Rüfət 35, 61, 71 və 87-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm 3-cü Bundesliqada bir qol vurub.

Preußen Münster - BSV Schüren

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com