2009-cu ildə “Miss Britaniya” titulunu qazanmış tanınmış ingilis model Sofi Qradon Portelnd şəhərindəki şəxsi evində ölü vəziyyətdə aşkarlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
32 yaşlı modelin ölümünü yerli polis də təsdiqləyib.
Müstəntiqlər hələlik onun ölümü ilə bağlı hər hansı şübhəli hallar aşkarlamayıb. Bununla belə rəsmi olaraq ölüm səbəbi açıqlanmır.
Son vaxtlar “Sevgi adası” şousunda iştirakından sonra sevgilisinə xəyanət etməsi ilə yerli “sarı mətbuatın” gündəminə gəlmişdi. Mətbuata verdiyi açıqlamada tənqidlərə rəğmən peşman olmadığını və “əhlikef həyat tərzinə üstünlük verdiyini bildirmişdi.