ÇıxışYolu.Com – Moldova prezidenti yol qəzasına düşdü

Baxış sayı: 2. 919 dəfə baxılıb.

ÇıxışYolu.Com - Moldova prezidenti yol qəzasına düşdü

Moldova prezidenti İqor Dodonun avtomobil karvanının qəzaya uğraması nəticəsində dövlət başçısının anası ciddi yaralanıb.

ÇıxışYolu.Com xəbər verir ki, qəzaya səbəb ötmə əməliyyatını yerinə yetirən yük maşının qarşı hərəkət zolağına çıxması olub. Dövlət başçısı qəza nəticəsində ciddi xəsarət almayıb.

16.47

Moldova prezidenti İqor Dodonun avtomobil karvanı Straşenı – Kalaraş yolunda qəzaya uğrayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Moldova polisi “Facebook” səhifəsində məlumat yerləşdirib.

“Prezidentin rəsmi avtomobil karvanına daxil olan iki avtomobil qəzaya uğrayıb. İnsanlara tibbi yardım göstərilib. Polis araşdırma aparır”, – rəsmi bəyanatda deyilir.

Dövlət başçısı xəstəxanaya yerləşdirilib.

Dodonun avtomobil karvanının yük maşını ilə toqquşduğu bildirilir. Nəticədə avtomobillərdən biri aşıb.

www.ÇıxışYolu.Com