ÇıxışYolu.Com – Moskvada taksi azarkeşlərə çırpılıb

Baxış sayı: 2. 730 dəfə baxılıb.

Moskvada meksikalı azarkeşlərin üzərinə taksi sürənin kimliyi müəyyənləşib.

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, bu, Qırğızıstanda anadan olmuş Çingiz Anarbek olub.

21:15

Moskvanın mərkəzində taksi bir qrup meksikalı azarkeşə çırpılıb.

ÇıxışYolu.Com xəbər verir ki, taksi əvvəl yol nişanında dəyib, daha sonra idarətetməni itirən sürücü onu insanların içinə sürüb.

İlkin məlumata görə, səkkiz nəfər yaralanıb.

Sürücü qaçmağa çalışsa da, o, tezliklə nəzarətə alınıb.

Qəzanın səbəbləri, eləcə də, qəzaya məruz qalan insanların vəziyyəti müəyyənləşdirilir.

www.ÇıxışYolu.Com