ÇıxışYolu.Com – Mourinyu daha çox hörmət tələb edir

Baxış sayı: 2. 173 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mourinyu daha çox hörmət tələb edir

“Manchester United” klubunun baş məşqçisi Joze Mourinyu “Tottenham”ə 0:3 hesabı ilə məğlub olduqdan sonra jurnalistlərə emosional şəkildə cavab verib və özünə daha çox hörmət tələb edib. 

“Üç – sıfır. Üç – sıfır. Bilirsiniz, bu, nə deməkdir? Üç və sıfır, ancaq Premyer liqanın üç tituludur. Mən digər 19 baş məşqçidən fərqli olaraq, Premyer liqada üç titul qazanmışam. Məndə üç, onlarda ikidir. Daha çox hörmət!”

Mourinyu onun işini tənqid edən jurnalist və hətta fanatlardan narazılığını bildirib. Bu dəfə o, izahat istəyib: 

“Üzr istəyirəm, siz mənə nəyin daha vacib olduğunu deməlisiniz. Çünki biz qalib gələndə sizin qarşınıza çıxıram və siz yenə narazısınız, bildirirsiniz ki, əsas qələbə deyil, komandanın necə oynamağıdır”. 

Üçüncü turun nəticələrindən sonra “Manchester United” klubu İngiltərə Premyer liqasında 13-cü pillədə qərarlaşıb. 

www.ÇıxışYolu.Com