ÇıxışYolu.Com - “Mübarizlər” yarışı Azərbaycanda üçüncü dəfə təşkil edilir

ÇıxışYolu.Com – “Mübarizlər” yarışı Azərbaycanda üçüncü dəfə təşkil edilir

Baxış sayı: 2. 508 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Mübarizlər” yarışı Azərbaycanda üçüncü dəfə təşkil edilir

“Events Management Azerbaijan” Azərbaycanda artıq üçüncü dəfədir “Гонка Героев” – “Mübarizlər” yarışını təşkil edir.

“Mübarizlər” “Гонка Героев” kimi tanınan layihənin Azərbaycanda təşkil olunan versiyasıdır. İlk dəfə bu tədbir 23 sentyabrda FHN Təlim-Tədris Mərkəzində baş tutub. Növbəti təşkil olunacaq yarış sentyabrın 29-da olacaq. Məkən dəyişilməz olaraq FHN Təlim-Tədris Mərkəzidir.

Bakıda bu layihənin icraçısı “Events Management Azerbayjan” şirkətidir. “Mübarizlər” layihəsi “Gilan Holding”in təşkilatçılığı, həmçinin FHN, Gənclər və İdman Nazirliyi  və s. kimi qurumların dəstəyi ilə təşkil olunur.

“Гонка Героев” “Лига героев” komandasının ən tanınmış layihələrindən biridir. Bu layihə 2013-cü ildən fəaliyyətini Rusiyanın bütün regionlarını əhatə edərək davam etdirməkdədir. 

İlk yarışda iştirak üçün ümumilikdə 1200 nəfərdən artıq insan qeydiyyatdan keçib. Ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını – çətin keçilən ərazidə maneəli qaçış – təşkil edib. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün əzələləri hərəkətdə olur. 

İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir. 

Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 35 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 7 km-ə yaxın tras və 42 maneədən keçməyə hazır olmalıdır. 

“Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var.

Maneələrin çoxu taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. “Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif olunur. 

Ümid edirik ki, bu dəfə də təşkil olunacaq yarışlarda gənclərin və fərdi şəxslərin fəallığı müşahidə olunacaq və yarışlarda yüksək performans qeydə alınacaq. Sentyabrın 29-da təşkil olunacaq yarışlara nazirlik, holdinq, eləcə də, bütün idarə-təşkilat nümayəndələrini dəvət edirik.

Ümidvarıq ki, həmişə olduğu kimi, bu dəfə də yarışların təşkilində bizlərə dəstək olacaqsınız. Sizləri bu yarışda iştirak üçün tələsməyə dəvət edirik. Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

http://mubarizler.az/
www.facebook.com/heroleagueaz
https://www.instagram.com/mubarizler/

www.ÇıxışYolu.Com