Müğənni Murad Arif Heydər Əliyev Mərkəzinin parkında konsert verib.
ÇıxışYolu.Com xəbər verir ki, yüzlərlə insan qarşısına çıxan ifaçı ilk solo konsertinin təəssüratlarını bölüşüb:
“Bu, nağıl idi! Sanki yuxu görürdüm. Havaya, küləyə rəğmən, minə yaxın insan, tək mənim üçün toplaşdı və bütün mahnılarımı mənimlə əzbərdən söylədi. Bu izdihamı gördükdən sonra, daha ciddi, böyük layihələr etmək istəyirəm. İnsanlar sevgisiylə məni oyatdılar. Anladım ki, 3 il boyunca təqdim etdiyim işlər, kliplər, nəğmələr, bu zəhmət əbəs deyil. Çox xoşbəxt və minnətdaram”.