ÇıxışYolu.Com - Murad: İçinizin zibilliyində eşələnərkən mahnılarım tarixə çevrilir

ÇıxışYolu.Com – Murad: İçinizin zibilliyində eşələnərkən mahnılarım tarixə çevrilir

Baxış sayı: 2. 348 dəfə baxılıb.

ÇıxışYolu.Com - Murad: İçinizin zibilliyində eşələnərkən mahnılarım tarixə çevrilir

Tanınmış müğənni və bəstəkar Murad Arif “ATV maqazin onlarla” proqramında onu müzakirə edən müğənnilərə cavab verib.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçi “Instagram” hesabında onu “mövsümlük mahnıların kralı” adlandıranlara xainlikdə ittiham edib:

“Deyirlər ki, “sezonnu” mahnıların kralı – Murad Arif. Siz Allah nə çəkib danışırsınız belə şeyləri? Paxıllıq və xainliyin də məntiqi olar! Siz içinizin zibilliyində eşələnərkən, nəğmələrim insanların tarixçələrinə, dolayısıyla tarixə çevrilir. Hörmətlə, balaca musiqi adamı”.

Qeyd edək ki, bəstəkarı sonuncu dəfə müğənni Lətifə Soyuöz Murad Arifin artıq hit mahnı istehsal etmədiyini, Sevil Sevinc bacıları isə sənətçinin mahnılarının yalnız üç ay hit olduğunu bildirmişdi.

.
www.ÇıxışYolu.Com