ÇıxışYolu.Com - Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı

ÇıxışYolu.Com – Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı

Baxış sayı: 2. 218 dəfə baxılıb.

Ötən şənbə günü türkiyəli məşhur ifaçı Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedikdən ayrılma səbəbinin onun müğənni İntizarla sevgili olması türk mediasının əsas xəbərinə çevrilib.

ÇıxışYolu.Com xəbər verir ki, daha sonra Sinem Gedik və İntizarın yataq otağındakı görüntülərin yayılması məhkəmənin işin gizli aparılması ilə bağlı qərar çıxarmasına səbəb olub.

ÇıxışYolu.Com - Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı

Bütün bunların fonunda isə Mustafa Ceceli günahlandırılaraq onun Sinem Gediki analıq hüququndan məhrum etmək üçün videonu qəsdən yaydığı bildirilib.

ÇıxışYolu.Com - Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı

Məsələ ilə bağlı yazılanlar isə Cecelini narahat edib. O, sosial media hesabından sözügedən hadisə barədə açıqlama verib:

“Mənim maraqlarımda bir məsələ var: övladımın psixoloji inkişafı və travmaları. Bu səbəblə də 3 iyul tarixində içində olduğum ən şokedici hadisəyə rəğmən, məsələni həll etmək hüquq mühafizə orqanlarına müraciət etdim və uşağımın valideynlik hüququnu öz üzərimə götürmək üçün məhkəmə başlatdım. Sözügedən sevgi münasibəti boşanma travmasının məsulu deyil. Boşanmadan öncə başlayıb və bu günədək davam edir.

ÇıxışYolu.Com - Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı

Oğlumun yaşadığı travmanın ortaya çıxması ilə məhkəməyə qədər daşınan bu olay övladımın olduğu yerlərdə onun psixoloji vəziyyətini zədələyən davranışlardır. Övladımın da bu davranışlara məruz qaldığı görüntülər məhkəməyə təqdim etdiyim sənədlərin içərisindədir. Empatidən uzaq, təhqir, tənqid və iftiraların heç biri övladımın mənə danışdıqlarından, yaşadıqlarından önəmli deyil. Heç kimin evinə girib kamera yerləşdirməmişəm.

Məhkəmə dosyesindəki görüntülər mənim əlimə kimliyi bəlli olmayan şəxslər tərəfindən mail vasitəsilə göndərilib. Sübutlar içərisində “Övladınızı qurtarın” deyə maillər də var. Övladını düşünən bir ata olaraq sözügedən görüntüləri mətbuata göndərə biləcək ən son adamam. Övladımın anasının yer aldığı görüntüləri mediaya sızdıranlarla da hüquq müstəvisində söhbət edəcəm.

Məhkəmə şahidlərinə telefonla zəng edib hədələyənlər, rüşvət təklif edənlər kiçik bir uşağın əzilməsini heçə sayaraq əzildiyini göstərənlərdir. Övladımın yaşadığı evdə yaşananlar cinsi yönləndirmə baxımından görülməyəcək hadisə deyil. Bir uşağın gözü önündə onun balansını və psixoloji inkişafını zədələyən davranışlar edən şəxslərlə bağlı bir prizmadan yanaşaraq yaradılan “məzlum” obrazı, mövzunu “cinsi yönləndirmə” müstəvisində bəsitləşdirən hissləri bir kənara qoyub, uşağın yaşadıqlarını və atanın psixoloji vəziyyətini də düşünərək mövzunun dəyərləndirilməsini medianın vicdanına buraxıram. Heç kimə zərərim yoxdur. Tək dərdi övladı olan bir atayam – sadəcə övladını düşünən hər ata kimi”.

.
www.ÇıxışYolu.Com