ÇıxışYolu.Com - Mustafa Ceceliyə iki yüz min dollarlıq zərbə

ÇıxışYolu.Com – Mustafa Ceceliyə iki yüz min dollarlıq zərbə

Baxış sayı: 1. 912 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mustafa Ceceliyə iki yüz min dollarlıq zərbə

Türkiyəli ifaçı Mustafa Ceceli Qiymətli Metallar Şirkətini qızıl almaq üçün iki fərqli tarixdə verdiyi 200 min dolların qarşılığını almadığına görə məhkəməyə verib.

ÇıxışYolu.Com xəbər verir ki, o, 2017-ci ilin avqust və dekabr aylarında qızıl almaq üçün sözügedən şirkətə pul ödəyib.

Lakin onlar Mustafaya heç bir qızıl ödənişi etməyiblər. Qarşı tərəfin vəkili məhkəmədə Cecelinin qızılları aldığını təsdiqləyən və ifaçının imzası olan sənədləri təqdim edib.

Sənəddə bildirilir ki, 995 əyar 4 kq 171 qram və 2 kq 464 qram qızıl təslim edilib.

Məhkəmə prosesi hələlik davam edir.

.
www.ÇıxışYolu.Com