Brüsseldə keçirilən NATO ölkələri sammitində dövlət başçılarının imzaladığı yekun bəyanat açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bəyanatda aşağıdakı maddələr yer alıb:
– Müttəfiq olaraq bir-birimizi müdafiə məsuliyyətini ədalətli şəkildə bölüşəcəyik.
– Türkiyəyə cənub sərhədindən gələcək təhdidlərə qarşı tədbirləri artıracağıq.
– Müttəfiqlər terrorla mübarizədə birlik və həmrəylik içində olacaq.
– Türkiyənin son 4 ildə Suriyadan raket atəşinə tutulmasından narahatıq. Suriyadan gələn raket təhdidini izlməyi və qiymətləndirməyi davam etdirəcəyik.
– Son 4 ildə müdafiə xərclərinin artması təqdirə layiqdir.
– Rusiyanın fəaliyyəti stabilliyi və təhlükəsizliyi risk altına alır.
– 2024-cü ilə qədər qurudan, havadan və dənizdən hərbi fəallığı daha da artırmaq nəzərdə tutulur.
– Belçikada Kiber Əməliyyatlar Mərkəzi qurulması qərara alınıb.
– 2024-cü ilə qədər Əfqanıstana maliyyə dəstəyi davam etdiriləcək.
Qeyd edək ki, NATO-nun növbəti sammiti 2019-cu ildə keçiriləcək.