ÇıxışYolu.Com – NATO ölkələri İrana səsləndilər

Baxış sayı: 1. 982 dəfə baxılıb.

ÇıxışYolu.Com - NATO ölkələri İrana səsləndilər

NATO ölkələri Brüsseldə keçirilən sammitin yekun sənədində İranın nüvə proqramına dair ümumi müddəaları razılaşdırıblar.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, alyans üzvləri Tehranı MAQATE ilə əmkdaşlığını tam şəkildə davam etdirməyə çağırıblar. 

Daha əvvəl ABŞ İranla nüvə proqramına dair sazişi tərk etsə də, Vaşinqtonun müttəfiqləri olan Avropa ölkələri analoji addımı atmaqdan imtina ediblər.

“Biz İranın nüvə proqramının dinc xarakter daşımasını davam etdirməsini daimi əsaslarla təmin etmək niyyətindəyik”, – məlumatda deyilir.

Sənəddə həmçinin İranın raket sınaqlarının sayını artırmasına və Yaxın Şərq regionunda sabitliyin pozulmasına yönələn addımlar atmasına dair qayğı ifadə edilib.

NATO üzvləri İranı terrorçuluqla mübarizəyə öz töhfəsini verməyə çağırıblar. 

www.ÇıxışYolu.Com