Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə xəbərdarlıq edib.
Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir.
“Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun olaraq sığortaedən hər il üçün ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur” – deyə, sonra qeyd olunur.