ÇıxışYolu.Com – Neft kəskin ucuzlaşdı

Baxış sayı: 2. 473 dəfə baxılıb.

ÇıxışYolu.Com - Neft kəskin ucuzlaşdı

Sentyabrda tədarük olma şərti ilə “Brent” markalı neftin bir barrelinin qiyməti bu gün keçirilən hərracda 5%-dən artıq ucuzlaşaraq $71,53 təşkil edib.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı vaxtı ilə saat 22.00 üçün bu markalı neft bir qədər bahalaşıb – $72,04.

Neftin ucuzlaşmasına səbəb ABŞ-ın ehtiyatlarının və Rusiyada hasilatın artmasının nəzərə alınması ilə təklifin artma ehtimallarıdır. 

Bundan əlavə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın danışıqları zamanı dünya neft və qaz bazarında vəziyyətin tənzimlənməsinə dair müzakirələrin aparılması da neftin qiymətinə təsirsiz ötüşməyib.

www.ÇıxışYolu.Com