ÇıxışYolu.Com – “Neftçi” Avroliqaya qələbə ilə başladı, “Qəbələ” və “Keşlə” uduzdu

Baxış sayı: 2. 531 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Neftçi” Avroliqaya qələbə ilə başladı, “Qəbələ” və “Keşlə” uduzdu

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” qələbə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı klubu Macarıstanın “Uypeşt” komandası ilə görüşdə 3:1 hesabı ilə qalib gəlib.

21.56

Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.

ÇıxışYolu.Com-ın məlumatına görə, Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Gözlənilənlərin əksi olaraq, təmsilçimiz doğma azarkeşlər qarşısında 0:2 hesabı ilə məğlubiyyətə uğrayıb.

Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” isə Malta “Baltsam”ının qonağı olub. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

“Neftçi” isə sözügedən turnirdə Bakıda Macarıstan “Uypeşt”ini qəbul edir. Hazırda ikinci hissə davam edir, hesab 1:1-dir.

Birinci təsnifat mərhələsinin cavab oyunları 1 həftə sonra baş tutacaq.

www.ÇıxışYolu.Com