Müğənni Nigar Camal ötən gün özünə təmtəraqlı ad günü edib.
ÇıxışYolu.Com xəbər verir ki, onun doğum gününə dostları Ranar Musayev, Samir Cavadzadə, Zəhra Bədəlbəyli, Eldar Qasımov və başqaları qatılıb.
38 yaşını qeyd edək sənətçinin ad günündən fotolar və videolar sosial şəbəkədə paylaşılıb.
O, əlində böyük gül buketi olan fotosunu paylaşaraq, “Bu hədiyyə mənə özəl bir insandan gəlib”, – deyə yazıb.
Qeyd edək ki, Nigar Camal “Eurovision 2011” müsabiqəsində həmkarı Eldar Qasımovla birgə qalib gəldikdən sonra populyarlaşıb.
“Sevdiyimə nifrət edirəm”, “Çağıran da ürəkdi” kimi hitləri ilə tamaşaçı sevgisi qazanıb.