Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, “Volqoqrad” arenada “D” qrupunun ikinci turunun son matçı yekunlaşıb.
Nigeriya millisi İslandiya yığması ilə münasibətlərinə aydınlıq gətirməyə çalışıb.
Matç 2:0 hesabı ilə Nigeriya millisinin xeyrinə başa çatıb.
Oyunun 48-ci dəqiqəsində nigeriyalılar gözəl hücum quraraq, hesabı açıblar. İnanılmaz çevikliyi ilə seçilən Əhməd Musa möhtəşəm zərbə ilə qapıçıya heç bir şans verməyib.
74-cü dəqiqədə Əhməd Musa cərimə meydançasında müdafiəçiləri və qapıçını dolayaraq, dublunu rəsmiləşdirib.
81-ci dəqiqədə VAR sistemi ilə təkrar video baxışdan sonra hakim Nigeriyanın qapısına penalti təyin edib. Siqurdsonun vurduğu zərbə çərçivəyə yol tapmayıb.