İnsan kimi insan deyilsən. Yaxşı müğənnisən, çıxıb efirdə ağzına gələni danışırsan. Mənim əlimə keçsə, sağ çıxmayacaq. Ya döyəcəm, ya da təhqir edəcəm.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri müğənni Niyam Salami həmkarı Ramal İsrafilovla bağlı “CVN” TV-də deyib.
O, Ramalı nankor olmaqda ittiham edib:
“Dörd dəfə məndən üzr istəyib, dörd dəfə barışıb. Ona nəsə etməliyəm, mümkün deyil. Onun ixtiyarı yoxdur efirdə çıxıb mənim ünvanıma sərt danışsın. O, mənimlə necə üz-üzə gəlib, gözümə necə baxacaq?
Sən necə mənim evimdə yatmısan? Bunları necə yaddan çıxara bilərsən? Çıxır efirlərə, deyir ki, stilistəm, qaş alıram. Onda mən də çıxım deyim ki, niyə öz işinlə məşğul olmursan? Səni Azərbaycan, atan və atandan da öncə mən yaxşı tanıyıram. Özünü kimə göstərirsən?”
Qeyd edək ki, Ramal İsrafilov “ATV maqazin onlarla” verilişində Niyamı “aşpaz” adlandırmışdı:
“Müğənnilər oxudu, qurtardı. Aş da gəldi, kabab da gəldi, tort da gəldi. Bəs bu aşpaz niyə çıxıb getmədi evinə? Aşpazın sənətçilərin yanında nə işi var axı. Şəkil çəkdirmək istəyirsən?
Bu aşpazda qəşəng yeməklər var. Həm də, deyəsən, bir dəfə mənə pul filan göstərmişdi. Mən o pulun iki qatını verdim ona, gəlsin bağımda aşpaz işləsin. O cür sənətin var, nə üçün gəlib düşmüsən bu ağır yola? Heç olmasa əziyyətlə gəlmisən, haqq itirmə. Göygöz kosa kimi buradan öldürürsən, oradan çıxır.
Rəhmətlik İlhamə xanım demişkən, sən yaxşı oxuyursan, amma aşpazsan da. Biri şəkili yandırır, biri də cırır. Mən də əlcəklərimi geyinmişəm. Zarafatları, söhbətləri gətirib efirə çıxarmaq olmaz.
O mahnı mənimdir. Bəli, dəstək olmuşam. Mən elə insanları əylənmək üçün çox istəyirəm. Onda görə biləcəyim ancaq şıltaqlıq və zarafatdır. Başqa cür qəbul edə bilmirəm. Özün məni tanıyırsan.
Ömür boyu məndən qidalanmısınız. Nə oldu birdən-birə adam tapmadın reklam etməyə?! Gəldin, sənə mahnı yazan adamın arxasınca danışdın. Efirdə mədəniyyət deyilən bir şey var. Bazar adamı kimi danışmağın yeri yoxdur.
Düzgün yanaşmadığına, hörmət qoymadığına görə, bir az soyuq baxıram. Aşpaz aşpazdır da. Sənətə yaxın olmaq üçün bir az mədəniyyətli olmaq lazımdır”.
.