Altıqat Olimpiya çempionu, amerikalı üzgüçü Rayn Lokti Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 14 aylıq cəzalandırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb idmançının sosial şəbəkədə yerləşdirdiyi şəkil olub.
Məşqlərdən sonra həyat yoldaşı ilə bərpa prosedurları çərçivəsində sistem köçürülməsi zamanı çəkilmiş şəkil Amerika Antidopinq Agentliyinin (USADA) rəsmilərinin diqqətini çəkib.
Qaydalara əsasən, idmançıların 12 saat ərzində inyeksiya vasitəsilə yüz ml həcmdən çox istənilən maddəni bədənə daxil etməsi qadağan edildiyindən, Maykl Felpsdən sonra ABŞ-ın ən uğurlu üzgüçüsü olan Lokti 14 aylıq bütün yarışlardan kənarlaşdırılıb.
Rayn Lokti keçirdiyi mətbuat konfransında səhvini etiraf edib və bundan digər atletlərin dərs götürəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, cəza ilə razıdır.
Qeyd edək ki, iki il öncə analoji halla üzləşən fransalı futbolçu Samir Nasri də Antidopinq Agentliyi tərəfindən 12 aylıq cəzalandırılmışdı.