Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz 280” markalı nəqliyyat vasitəsi “Sınıq Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə ÇıxışYolu.Com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı isə nəqliyyat vasitəsinin yük yerində olan ərzaq məhsullarının arxasında gizlədilən 13 ədəd, kalibri 4,5 mm və üzərində “Super air pistol” yazısı olan pnevmatik tapança, kalibri 4, 5 mm olan üzərində “Ekol” yazılmış bir ədəd pnevmatik tapança, dörd ədəd pnevmatik silah üçün lülə, ərzaq məhsullarının arasından bir ədəd “Samsung Galaxy A6”, bir ədəd “Samsung Galaxy J6”, üç ədəd “Samsung Galaxy J3”, yeddi ədəd “Samsung Galaxy J1”, bir ədəd “Xiomi A1”, üzərinə “B 8000” yazılmış yeddi ədəd, “Corn” yazılmış üç ədəd, “H-mobile” yazılmış beş ədəd, “Etec” yazılmış beş ədəd, “Kctel” yazılmış 15 ədəd, “ Boom” yazılmış 10 ədəd, “ZHT” yazılmış beş ədəd, “Y-Fine” yazılmış beş ədəd, “Fuha” yazılmış beş ədəd mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.