Bir neçə gün sonra “Jara-2018” Beynəlxalq Musiqi Festivalının start götürəcək.
ÇıxışYolu.Com xəbər verir ki, 26-29 iyul tarixləri arasında keçirilməsi planlaşdırılan festivalda ənənəvi olaraq azərbaycanlı ifaçılar da yer alacaq.
Bu il “Jara” səhnəsində Xalq artisti Aygün Kazımova, Samir Bağırov, Jan Khalib (Bəxtiyar Məmmədov), “Eurovision” təmsilçimiz Aysel Məmmədova, gənc müğənni Jiva Jamila (Cəmilə Haşımova), Sultan Məşədiyev və Elman Zeynalov performanslarını sərgiləyəcək.
Qeyd edək ki, bu il festivalda Timati, Jasmin, Lyoşa Svik, Yeqor Krid, Mot, Dima Bilan, Qriqori Leps, Ani Lorak, Sergey Lazarev, Svetlana Loboda, Nastya Kamenskix, Qlyukoza, Nyuşa və başqaları iştirak edəcək.